“Baladadaşın toy hamamı”

Azərbaycan Dövlət Musiqili Teatrı martın 10-da növbəti premyeranı təqdim edəcək. Kollektiv Milli Teatr Günündə tamaşaçıları Xalq yazıçısı Elçinin hekayəsi əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyaya baxmağa dəvət edir. Premyerası üç gün (10-12 mart) nəzərdə tutulan tamaşaya rejissor, Xalq artist Cənnət Səlimova quruluş verib.
“Tamaşada adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.
Teatr və kino elementlərinin sintezinə də yer verilən tamaşanın bəstəkarı Firudin Allahverdi, səhnə tərtibatçısı Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar