Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli rus bəstəkar Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının tamaşası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində German partiyasını ifa etmək üçün Ukraynanın Xalq artisti, Ukrayna Milli Operasının solisti Andrey Romanenko dəvət olunub. Tamaşada, həmçinin teatrın solistləri - əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Anton Ferştandt, Səbinə Əsədova və gənc solistlər Tural Ağasıyev, İlham Nəzərov, Tələt Hüseynov çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
P.Çaykovskinin böyük rus şairi, yazıçı və dramaturq A.Puşkinin “Qaratoxmaq qadın” povesti əsasında yazdığı opera ilk dəfə 1890-cı ildə Peterburqda Mariinski Teatrında tamaşaya qoyulub və ötən müddətdə bir çox ölkələrin səhnələrini bəzəyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar