Musiqili Teatrda lirik komediyanın premyerası

10 mart - Milli Teatr Günündə Azərbaycan Dövlət Musiqili Teatrında bu ilin növbəti premyerası təqdim olunub. Peşəkar milli teatrın yaranmasının 143-cü ildönümündə Xalq yazıçısı Elçinin hekayəsi əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya nümayiş etdirilib.

Təqdimatdan əvvəl çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün teatr ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, hər bir premyera teatrda həm də növbəti bayram deməkdir.
“Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq”, - deyə o əlavə edib.
Direktor bildirib ki, “Baladadaşın toy hamamı” əsərinin premyerası üç gün nəzərdə tutulub və martın 11-12-də də nümayiş olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayevdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev və başqaları oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar