Martın 10-da Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan peşəkar milli teatrının 143 illiyi münasibətilə tədbir keçirilib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bu tarixi yoldan söz açaraq bildirib ki, Azərbaycan teatrı zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı beynəlxalq festivallarda uğurla təmsil olunur.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova və Naibə Allahverdiyeva Milli Teatr Günü ilə bağlı fikirlərini dilə gətiriblər.
Çıxışlardan sonra Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov və başqaları ifa ediblər.
Qeyd edək ki, Milli Teatr Günü ilə əlaqədar Gənc Tamaşaçılar Teatrının aktyorları - xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı, teatrın direktoru M.Həmidov isə TXİ-nin fəxri fərmanı ilə təltif olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar