10 mart - Milli Teatr Günü münasibətilə Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi azyaşlı izləyicilərinə yeni tamaşa hədiyyə edib. A.S.Puşkinin “Qızıl balıq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim olunub.
Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı (Qoca), Afət Yaqubova (Qarı), Elnarə Babayeva (Qızıl balıq) ifa edirlər. Tamaşanın musiqisi görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfoniyaları əsasında tərtib olunub. Tamaşaya ictimai baxış uğurla başa çatıb.
Hazırda teatrda 2016-cı ilin repertuarına daxil edilən “Sehrli torba” nağılı əsasında yeni tamaşa üzərində məşqlər gedir. Kollektiv eyni zamanda Novruz şənlikləri ilə əlaqədar tamaşa hazırlayır və onu bayram tətili günlərində məktəblilərə təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar