Gəncə Dövlət Dram Teatrında Şəfaət Mehdiyevin “Sabir” pyesi tamaşaya qoyulub. Böyük şairin xatirəsinə ithaf olunan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Gəncə teatrı bununla Şəfaət Mehdiyevin ikinci pyesinə müraciət edir. 70-ci illərdə Xalq artisti, mərhum Məhəmməd Bürcəliyevin quruluşunda müəllifin “Mirzə Fətəli” pyesi tamaşaya qoyulmuşdu.
Teatrın direktoru Əli Qasımovun verdiyi məlumata görə, pyesi Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova səhnələşdirib. Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Rollarda Xalq artisti Alim Məmmədov, Əməkdar artist Faiq Qasımov, aktyorlar Vasif İsmayılov, Yusif Cəfərov, Mətləb Təhmazi, Akif Səfərov, Elmir Məmmədov, Sevda Orucova, Sevinc Hüseynova, Aysel Şərifova, Zeynəb Abdullayeva və başqaları çıxış edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar