Qusar Dövlət Ləzgi Dram Teatrı Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Asəf Mehmanın “Sədəf” əsərinin tamaşası ilə Dərbənd şəhərində qastrol səfərində olub.
Tamaşanın rejissoru Faiq Qardaşov, səhnə tərtibatçısı Marina Mahmudovadır. Rollarda teatrın aktyorları Bağır Əhmədov (Murtuz), Jalə Qurbanova (Şahnabat),Yalçın Qaraxanov (Həmzəbəy), Kifayət Yusifova (Sədəf) və başqaları çıxış edib.
Dərbənd şəhərində S.Stalski adına Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrının binasında nümayiş olunan tamaşadan sonra Qusar teatrının kollektivinə şəhər nümayəndəliyi tərəfindən fəxri fərman təqdim olunub.

...Dərbənd teatrı isə Azərbaycana gəlib

Dərbənd Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti ölkəmizə qastrol səfərinə gəlib.
Qastrol çərçivəsində teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara və Lənkəran şəhərlərində müxtəlif tamaşalarla çıxış edəcək.
İyunun 7-də truppa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan “Ac həriflər” tamaşasını təqdim edib. Tamaşaya teatrın baş rejissoru Ər-Toğrul quruluş verib, rejissor assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova, musiqi tərtibatçısı Əməkdar artist Sevda Bəybalayevadır. Rolları Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Mədinə Hacıağayeva, Səidə Əliyeva, Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Kəmalə Rzayeva və Rəhilə Ömərova ifa edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar