Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Xaçmazda balaca teatrsevərlərə “Qızıl cücə” tamaşasını təqdim edib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin səhnəsində rus dilində oynanılan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir. Rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Yuliya Heydərova, Mehriban Zalıyeva, Marina Litvinenko və başqaları ifa ediblər.
Xatırladaq ki, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bundan əvvəl Masallıda qastrol səfərində olub. Teatrın regionlara səfərləri davam etdiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar