İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyunun 13-dən 15-dək İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxacaq. 15 iyun - Milli Qurtuluş Günü münasibətilə hazırlanan tamaşaya əsərin müəllifi quruluş verib.
Lənkəran, Sabirabad, Cəlilabad və İmişlidə nümayiş olunacaq tamaşada ulu öndərin bədii obrazını teatrın direktoru İftixar Piriyev canlandırır. Digər rolları Əməkdar artist Vaqif Kərimov, Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Əhliman Ərşadlı və Əmirulla Nurullayev ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar