Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımovdur.
Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə olan yeni səhnə əsərində rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova və başqaları ifa edəcəklər. İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının növbəti teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar