Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində “Milli dəyər” layihəsi çərçivəsində ilk tamaşa oynanılıb.
Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin (İB) təşkilatçılığı, Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının dəstəyi ilə reallaşıb.
Vətənpərvərlik mövzulu tamaşanın məqsədi işğal altındakı Şuşa şəhərinə məxsus milli dəyərlərimizin təbliğidir. Tamaşanın ssenari müəllifi Orxan Muxtarlıdır. Səhnə əsərində rolları Vahid Orucoğlu və Səbinə Məmmədova ifa ediblər.
İB-nin rəhbəri İmaməddin Quliyevin sözlərinə görə, layihə çərçivəsində milli dəyərlərlə bağlı qısametrajlı film çəkiləcək, bu mövzuda gənclərlə görüşlər aparılacaq, sərgi təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar