Şuşa Dövlət Musiqili Dram Teatrı 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində Beynəlxalq Muğam Mərkəzində E.Abdullayevanın “Ağ qayıq” əsərinin tamaşasını təqdim edəcək.
İyunun 23-də nümayiş olunacaq tamaşa Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edir. Tamaşada videosüjetlərdən də istifadə olunub ki, bu da səhnə əsərinin təsir gücünü daha da artırır.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, eləcə də Dürdanə Dünyamalıyeva, Vüsalə Məmmədzadə və başqaları oynayacaq.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar