Sumqayıt şəhər 28 May diyarşünaslıq evinin nəzdində fəaliyyət göstərən Xalq teatrı 16 illik fasilədən sonra yenidən tamaşaçıların görüşünə gəlib.
Xalq teatrının yeni kollektivi Əhməd Orucoğlunun “Qayınana əməliyyatı” komediyasını səhnələşdirib. Tamaşanın quruluşçu rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərli, səhnə tərtibatçısı Rəşid Qocayevdir.
Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tamaşaya baxıb. O, 16 illik fasilədən sonra Xalq teatrının fəaliyyətini bərpa etməsinə və belə bir tamaşanın ərsəyə gəlməsinə görə 28 May diyarşünaslıq evinin direktoru Vüsal Yaqubluya və kollektivə təşəkkür edib, yeni uğurlar arzulayıb.
Xatırladaq ki, 1975-ci ildə “Tənqid-təbliğ teatrı” adı ilə fəaliyyətə başlayan Xalq teatrı 2000-ci ildə fəaliyyətini dayandırmışdı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar