Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsində qalib olan "Gənc rəssamların tanıtım sərgisi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində gənc istedadlı rəssamların sərgisi keçirilib. Layihənin məqsədi gənc istedadlı rəssamların üzə çıxarılmasına, onların tanınmasına və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Sərgidə 50 gənc rəssamın (peşə təhsili olan və həvəskar) müasir incəsənət nümunələri nümayiş olunub. İki gün davam edən sərgidə gənclərin əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçılara diplomlar, qaliblərə isə hədiyyələr təqdim edilib.