Koreyada keçirilən İpək Yolu mədəniyyət festivalında ölkəmiz də təmsil olunur
Koreya Respublikasında Qyoncu İpək Yolu mədəniyyət festivalı keçirilir. Festivala 30-dan çox ölkənin incəsənət ustaları qatılıb. Ölkəmizi Azərbaycan Dövlət Rəqs və Qədim Musiqi Alətləri ansambllarının üzvləri, pianoçu, solistlər və saz ifaçılarından ibarət heyət təmsil edir. Avqustun 22-də təşkil olunan “Azərbaycan günü”ndə sənətçilərimiz möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Azərbaycan incəsənət ustaları bir həftə ərzində hər gün mədəniyyət proqramı ilə çıxış edəcəklər.
Oktyabrın 18-dək davam edəcək beynəlxalq festival qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyır.