Gənc və peşəkar rəssamlar növbəti plenerdə bir araya gələcək
Sentyabrın 13-də "Art Villa" qalereyasında açıq səma altında növbəti plener keçiriləcək. Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) təşəbbüsü, Prezident yanında Gənclər Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq plener "İdman və incəsənət" mövzusuna həsr edilib.
Tədbirdə rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılması ilə yanaşı, həm də çoxsaylı rəssamların işləməsi nəzərdə tutulub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.