Nyu-Yorkda dünya şöhrətli rəssamın əsərlərinin ən geniş sərgisi
Sentyabrın 14-də Nyu-Yorkda yerləşən Müasir Sənət Muzeyində (MoMA) dünya şöhrətli ispaniyalı rəssam və heykəltəraş Pablo Pikassonun əsərlərinin ən böyük toplusunun yer aldığı sərgi açılacaq.
“Ən böyük Pikasso” adlı sərgi geniş maraq doğurur. İlk dəfə olaraq məşhur sənətkarın adı ilə bağlı demək olar bütün əsərləri qonaqlara təqdim olunacaq. Bu, Nyu-Yorkdakı Müasir Sənət Muzeyində son 50 ildə təşkil olunan ən böyük sərgidir. Ziyarətçilər P.Pikassonun əl işi olan 140 heykəllə tanış olacaqlar. Sərgidə nümayiş olunan sənət nümunələri dünyanın müxtəlif muzeylərindən toplanaraq ABŞ-da bir araya gətiriləcək. Sənətkarı dünyaya tanıdan işlədiyi bütün əsərləri bir çox özəllikləri və orijinallıqları ilə diqqəti cəlb edir.
Sərgi 2016-cı ilin fevral ayınadək ziyarətçilər üçün açıq olacaq.