Dekabrın 5-də “Şantal” inkişaf mərkəzində istedadlı rəssam Ülviyyə Musayevanın ustad dərsləri keçiriləcək. Gənc rəssam qeyri-adi rəsm əsərlərini barmaqları ilə yaradır. Yaradıcılığı son 4 ili əhatə etsə də, Ülviyyə Musayevanın artıq Bakıda dörd, İtaliyada isə bir sərgisi keçirilib.
Rəsm əsərlərindən savayı Ülviyyə Musayeva şüşə qabların bəzədilməsi üzrə də ixtisaslaşıb. İnteryerlərin bədii tərtibatı və müxtəlif bəzək əşyalarının hazırlanması ilə tanınır.