Dekabrın 13-də Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun 85 illik yubileyi çərçivəsində qala-balet gecəsi keçirilib. Gecədə bəstəkarın “Xəzər balladası”, “Xeyir və Şər” və “Şərq poeması” birpərdəli baletləri nümayiş olunub.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri bəstəkarın “Şərq poeması” baletini təqdim ediblər. Tələbələr Cəmilə Məmmədova, Ayxan Əhmədli və İslam Məmmədovun uğurlu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, yubilyar tərəfindən yüksək qiymətləndirilib. Baletin quruluşçu xoreoqrafı Əməkdar müəllim Pellumb Ağalılaydır.