Dekabrın 14-də Gürcüstan Parlamentinin Milli Kitabxanasında azərbaycanlı gənc rəssam Rasim Həsənovun rəsm əsərlərinin sərgisi açılıb. “Xeyir və şər” adlı sərginin açılışında mədəniyyət xadimləri, rəsmilər, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgidə rəssamın 19 rəsm əsəri nümayiş etdirilir. Əsərlərdə xeyirlə şərin mübarizəsi, insanların bu mübarizədəki çaşqınlığı, mövqeyi və düşüncələri əksini tapıb.
Rəssam deyib: “Bu gün insanlar sanki çaşqınlıq içərisindədirlər. Bəzən xeyirlə şərin bir-birini üstələməsi onları çətin vəziyyətə salır. Çalışmışam ki, əsərlərimlə insanlara bu mübarizədə xeyrin yerini, üstünlüyünü çatdırım”.