Məlum olduğu kimi, Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrup fəaliyyət göstərir.
İşçi qrup üzvlərinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə çimərliklərdəki mövcud problemlərin aradan qaldırılması istiqamətində uzun və qısamüddətli planların tətbiqi və yaradılması planlaşdırılan özəl və ictimai çimərliklərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Tədbirlər planının icrası çərçivəsində özəl və ictimai çimərliklərin yaradılmasında şəhər İcra Hakimiyyətinin nümayəndələri və bələdiyyələrin köməkliyinin vacibliyi vurğulanıb. İlkin addımlar olaraq yeni təsdiq edilmiş çimərlik standartlarına uyğun pilot layihələr kimi mövcud özəl çimərliyin bərpası və ictimai çimərliyin yaradılması təklif olunub.