Şri-Lankanın Negombo şəhərində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) “Məhv olunma. İnnovasiya. Transformasiya: turizmin gələcəyi” adlı növbəti zirvə toplantısı keçirilib.
İllik tədbirin məqsədi turizm sahəsinin peşəkar liderlərinin iştirakı ilə mövcud turizm bazarının yenidən qurulmasına təkan verən innovativ ideyalar ətrafında fikir mübadiləsi aparmaqdır.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova da iştirak edib.
ATMU təmsilçisi “Davamlılıq və ictimai məsuliyyət” mövzusuna həsr olunmuş iclasda “Ekologiyanın qorunması və davamlılığının təmin olunması” adlı məruzə ilə çıxış edib.
Zirvə toplantısında dünyanın 39 ölkəsi üzrə 191 təşkilatdan nümayəndələr qatılıb.
İştirakçılar üçün Şri-Lankanın paytaxtı Kolombo şəhərinə tur-ekskursiya təşkil olunub.
F.Hüseynov