Rusiyada və MDB-də turizm bazarının tədqiqi ilə məşğul olan “TurStat” agentliyi MDB-nin turistlərin ən çox səyahət etdiyi tarixi və mədəni irslə zəngin şəhərlərinin adlarını dərc edib. Azərbaycanın Gəncə şəhəri də ilk onluğa daxildir.
Tarixi İpək Yolunun üstündə yerləşən və turistlər arasında ən populyar MDB və Cənubi Qafqaz ölkələri şəhərləri sırasında Gəncə ilə yanaşı, Qazaxıstanın Türkistan və Taraz, Özbəkistanın Səmərqənd, Xiva və Buxara, Belarusun Vitebsk, Tacikistanın Xucand, Türkmənistanın Marı (Mərv) şəhərləri də var.
Reytinq təklif olunan turlar və regional turizm ofislərinin məlumatları əsasında tərtib edilib.