Ölkəmizin cənub bölgəsində olan xalq yaşayış arxitekturası özünəməxsusluğu ilə seçilir. Buraya yay evləri (bunlar cənub bölgəsində ləm adlandırılır) də daxildir. Orta əsrlərdən qalan bu tikililərə daha çox Lənkəran, Astara, Masallı rayonlarında rast gəlinir.
   Vaxtilə Astaranın Ərçivan kəndində 50-dək belə tikili olub. Sonralar təbii fəlakətlərin təsirindən və ya baxımsızlıqdan bu tikililər dağıntıya məruz qalıb. Hazırda Astara şəhərindəki park-bulvar kompleksinin ərazisində ikimərtəbəli müasir tipli yay evi tikilir. Burada kafe və çay evi də fəaliyyət göstərəcək.
   Yaxın vaxtlarda müasir tipli yay evi rayon sakinlərinin və turistlərin istifadəsinə veriləcək.