İyulun 1-dən 16-dək davam edən VII İstanbul Shopping Festivalı (İSF) başa çatıb. İstanbul Böyükşəhər Bələdiyyəsi başqanının iştirakı ilə baş tutan yekun mərasimində “Design İSF” adı altında keçirilən festivala dünyanın bir çox ölkələrindən turistlərin böyük maraq göstərdiyi bildirilib. Qeyd olunub ki, festivalın gedişini 13 ölkədən, o cümlədən Azərbaycan, Fransa, İtaliya, Rusiya, Çin, Sinqapur, Ukraynadan mətbuat nümayəndələri izləyib. 
   Doqquz ticarət mərkəzində qurulan “Design İSF” stendlərində alıcılara bəzək əşyaları, aksesuarlar, mebel dəstləri, kitab, paltarlar, orqanik qida məhsulları təqdim olunub. Həmçinin festival müddətində alıcılar müxtəlif əyləncəli proqramların, konsertlərin, rəqs nümayişlərinin şahidi olub. Bağlanış mərasimində festivala dəstək olan qurumlara, o cümlədən “Türk Hava Yolları”, Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Otelçilər Birliyinə təşəkkür plaketləri təqdim edilib.