İspaniyanın "Zero 2 Infinity" turizm şirkəti 2019-cu ildə kosmik hava şarında uçuşlara başlayacaq. Layihənin dəyəri açıqlanmır. 
   Kosmosu fəth etmək istəyənlər yerdən 36 kilometr yüksəkliyə qalxacaqlar.
   "Zero 2 Infinity" əməkdaşlarının bəyanatlarına əsasən, yaxın 2 il ərzində şirkət kosmik hava şarlarının sınaqları ilə məşğul olacaq. Sınaqlarda müxtəlif çəkidə yüklər test olunacaq.