“EarthNow” şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq. Planetin hər yerində real zamanda nə baş verdiyini faktiki izləmək mümkün olacaq.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.
“OneWeb” şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. “EarthNow” şirkəti “OneWeb”in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək.
Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.
Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir.
Bəhruz