Britaniyada keçirilən hərracda “Titanik” gəmisinin ilk yemək menyusu 140 min dollar satılıb. BBC-nin verdiyi məlumata əsasən, hərraca çıxarılan menyuda 2 aprel 1912-ci il tarixində laynerin heyətinə verilən yeməklərin siyahısı yazılıb.
   Menyuda mal əti və toyuq bulyonu, nanəli quzu basdırması, qızardılmış toyuq, əsas yemək qismində quzu əti və ya ispanaqlı donuz əti, noxud, gül kələmi və qarnir kimi qaynadılmış kartof, pudinq, kral armudu və piroq qeyd olunub.
   Auksion Uiltşir qraflığının Devayzes şəhərciyində yerləşən “Aldridge & Son” (“Titanik” ilə əlaqədar əşyaların satışında ixtisaslaşan) hərrac evi tərəfindən təşkil edilib. 
   Hərraca çıxarılan nahar menyusunu «Titanik»in ikinci zabiti Çarlz Laytoller öz həyat yoldaşına 10 aprel 1912-ci ildə gəmi Sautqempton limanından çıxanda veribmiş. Amerikaya doğru hərəkət edən gəmi aprelin 14-də Atlantik okeanında nəhəng aysberqlə toqquşaraq batmışdı. Gəmidəki 2200-dək insandan 1500-ü həlak olmuşdu.
   
   İlona