Özbəkistanın “Sevimli” televiziya kanalının “Zamon” proqramında Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında özbək dilində videomaterial verilib.

Videomaterial Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu yaxınlarda bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Televiziya kanalının müxbiri Dilnoza Saidova bildirir ki, Bakıdan 60 kilometr məsafədə yerləşən qoruqda 6 mindən artıq qayaüstü təsvirlər olan daş var. Bu daşların üzərində qədim insanların həyatı və məişəti əks etdirilib.

Qeyd olunur ki, hər gün qoruğa və burada fəaliyyət göstərən muzeyə xeyli turist gəlir. Vurğulanır ki, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Mədəni İrs siyahısına daxil edilib.

GÜLCAHAN