İranda Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun növbəti kitabı işıq üzü görüb. Görkəmli ədibin “Peyğəmbər” poeması bu günlərdə Təbrizdəki “Əxtar” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kütləvi tirajla nəşr olunan bu kitabı ərəb əlifbasına Cənubi Azərbaycan şairi Səxavət İzzəti çevirib.
   Səxavət İzzəti kitaba Zəlimxan Yaqubun ədəbi fəaliyyəti ilə bağlı geniş və maraqlı ön söz yazıb. O, Zəlimxan Yaqubun “Peyğəmbər”indən əvvəl bu mövzuda əsərlər yazmış Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Nəbi Xəzrinin və Məmməd Aslanın adlarını minnətdarlıqla xatırlayır. İranlı soydaşımız oxuculara Zəlimxan Yaqubun “Peyğəmbər” poeması haqqında geniş məlumat verir, onun sənətkarlıq xüsusiyyətləri haqqında söhbət açır.
   Yaxın vaxtlarda bu əsərin digər Şərq xalqlarının dillərinə də tərcümə olunması nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar