Aşqabadda keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak ediblər
   
   Türkmənistanın paytaxtı Aşqabadda “Xoca Əhməd Yasəvi və Şərqin sufi ədəbiyyatı” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda ABŞ, Türkiyə, Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkmənistan və digər ölkələrdən gəlmiş alimlər iştirak ediblər.
   Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Elman Quliyev və həmin universitetin professoru, filologiya elmləri doktoru Buludxan Xəlilov təmsil ediblər.
   Elmi konfransın iştirakçıları “Xoca Əhməd Yasəvinin əsərlərinin əlyazma mənbələri və onun öyrənilməsi”, ”Xoca Əhməd Yasəvinin dövrü və 12-ci əsr Şərq tarixi”, ”Xoca Əhməd Yasəvinin yaradıcılığı və türkmən klassik ədəbiyyatı”, ”Xoca Əhməd Yasəvinin yaradıcılığı və Səlcuqilər dövrünün türk ədəbiyyatı”, ”Xoca Əhməd Yasəvinin ədəbi irsi və türkmən dili” mövzuları üzrə bölmələrdə 100-dən artıq məruzə ediblər.
   Azərbaycan alimlərinin böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı çıxışları da olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar