Oktyabrın 6-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus şairi Sergey Yeseninin anadan olmasının 115 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib. Tədbirdə “Sodrujestvo” ədəbi birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Bakıdakı həmvətənlər təşkilatlarının nümayəndələri, eləcə də Moskva Yazıçılar Təşkilatının üzvləri Aydar Bədrəddinov və Sabir Abdulla iştirak edib. RİMM-nin rəhbəri Ənvər Şeyxov qeyd edib ki, Sergey Yeseninin yubileyi Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan bayramdır. Şair H.Bədrəddinov öz şeirlərini, o cümlədən Bakıya səfəri ərəfəsində yazdığı S.Yeseninə həsr edilmiş “Azərbaycan” və “Şair” adlı şeirlərini oxuyub. Görüş şairin həyat və yaradıcılığı barədə diskussiyalarla davam edib, Yeseninin Azərbaycanda olduğu dövrdə məhsuldar yaradıcılığı ilə bağlı məlumatlar açıqlanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar