Azərbaycan

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada Lefortovo həbsxanasında saxlanılıb. Kitabları: “Hara gedir bu dünya?”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s.

21 oktyabr 1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub.

21 oktyabr 1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) vəfat edib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, milli azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

21 oktyabr 1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863-1941) vəfat edib.

 

22 oktyabr 1919 – Bəstəkar Ərtoğrul Cavid (Rasizadə; 1919 – 14.10.1943) anadan olub. Böyük şair və dramaturq Hüseyn Cavidin oğludur. Romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.

22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.

22 oktyabr 1929 – Tanınmış filosof, akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

22 oktyabr 1970 – Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib. 

22 oktyabr 1990 – Əməkdar artist Narınc Murad qızı Məlikova (1917-1990) vəfat edib. Füzuli və Ağdam teatrlarında aktrisa kimi fəaliyyət göstərib.

 

23 oktyabr 1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 – 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub.

 

24 oktyabr 1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 – 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

24 oktyabr 1923 – Tanınmış aktyor Dadaş Nadir oğlu Kazımov (1923-1992) Bakıda doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

24 oktyabr 1928 – Xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov (1928-1993) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir.

24 oktyabr 1929 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Cəlal qızı Qasımova (1929-2016) Bakıda doğulub.

24 oktyabr 1931 – Əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva (1931-2017) Ağdam rayonunda doğulub. “Azərbaycanfilm” kinostudiyasında işləyib.

24 oktyabr 1993 – Xalq artisti, ustad xanəndə, qəzəlxan-şair Hacıbaba Hüseynəli oğlu Hüseynov (15.3.1919 – 1993) vəfat edib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

 

25 oktyabr 1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

25 oktyabr 1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 – 6.5.2002) anadan olub. Akademik Milli Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında (“Dəli Kür”, “Dədə Qorqud” və s. filmlər) geyim üzrə rəssam işləyib.

25 oktyabr 1921 – Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 – 6.7.1992) anadan olub. Gəncə teatrında, 1952-ci ildən Akademik Dram Teatrında çalışıb. “Ögey ana”, “Aygün”, “Əhməd haradadır?”, “Arşın mal alan” (1965) filmlərində yaddaqalan obrazlar yaradıb.

25 oktyabr 1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

25 oktyabr 1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 – 13.10.1996) Bakıda anadan olub. “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsi, “Novruz bayramı” tablosu və s. əsərlərin müəllifidir.

25 oktyabr 1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 – 22.8.1999) anadan olub.

25 oktyabr 1954 – Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883-1954) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Hacı Qara”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilib.

25 oktyabr 1965 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Vəcihə Əli qızı Səmədova (1924-1965) vəfat edib. Əsərləri: “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında” və s.

25 oktyabr 2008 – Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 – 2008) vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Dünya

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel; 1833-1896) Stokholmda doğulub.

 

22 oktyabr 1811 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 – 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.

22 oktyabr 1870 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Bunin (1870 – 8.11.1953) anadan olub.

 

22 oktyabr 1919 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 – 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub.

 

23 oktyabr 1920 – İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari; 1920-1980) anadan olub. “Çipollinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.

 

24 oktyabr 1882 – Macar bəstəkarı İmre Kalman (1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.

 

25 oktyabr 1838 – Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet; 1838 - 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

25 oktyabr 1864 – Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub.

25 oktyabr 1881 – İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub.

25 oktyabr 1894 – XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub.

Hazırladı:  Vüqar ORXAN