Britaniyalı rəssam Benksinin “Show Me The Monet” (“Mənə Moneni göstər”) əsəri hərracda 9,8 milyon dollara satılıb. Bu barədə Londonun “Sotheby’s” hərrac evi məlumat yayıb.

Rəsm əsəri fransız impressionisti Klod Monenin yaradıcılığına işarədir. Tabloda təsvir olunan yapon körpüsü isə Benksinin təbiəti ideal görmək istəyini təsdiq edir ki, buna vaxtilə fransız rəssamın əsərlərində də rast gəlmək olur.

Qeyd edək ki, rəssamın şəxsi həyatı indiyədək sirr olaraq qalır. Yaxın dostlarından başqa heç kim onu nəinki görüb, hətta adını belə eşitməyib. Bir neçə şəkil və video var ki, Benksi orada hər zaman üzü bağlı görünür.

CAVİD