Dünyanın ən sürətli superkompüteri COVİD-19 ilə mübarizədə

Yaponiyada dünyanın ən sürətli “Fugaku” superkompüteri tam gücü ilə işləməyə başlayıb. Kompüterdən COVID-19 virusu ilə mübarizədə də istifadə edilir.

“Fujitsu Ltd” şirkəti ilə “Riken” Tədqiqat İnstitutunun Kobe şəhərində yerləşən Elmi Hesablama Mərkəzi tərəfindən birlikdə hazırlanmış superkompüterin tam gücü ilə apreldə işləməsi nəzərdə tutulurdu. Lakin mühəndislər cədvəli qabaqlayaraq, martın 9-da “Fugaku”nu tam gücü ilə işə salıblar.

Qeyd edilir ki, tədqiqatçılar kompüterdən koronavirusun damcılarının yayılması və müalicə məqsədilə istifadə edirlər.

Yaponiyada müqəddəs sayılan Fuci dağının şərəfinə adlandırılan superkompüter sənaye məqsədli hesablama üsullarının sayının ölçülməsi, süni intellektin əlavələri və böyük məlumatların təhlili üzrə digər üç kateqoriyada da birinci olub. “Fugaku” saniyədə 442 kvadrilyon hesablama aparmağa qadirdir, bu da ABŞ-ın Milli Okric laboratoriyasının hazırladığı “Summit” sistemindən 3 dəfə sürətlidir. Superkompüter elmi tədqiqat, sənaye həlli və hərbi texnologiyalarda tətbiq olunan güclü modelləşməyə malikdir.

CAVİD