Kanadada “Fritz Tiny Homes” arxitektura studiyasının sahibləri olan ər-arvad təkərlər üzərində mobil bir evin dizayn və layihəsini hazırlayaraq həyata keçiriblər.
Mobil ev qış aylarında temperaturu mənfi 40-a enən sərt Kanada iqlimi üçün hazırlanıb. Sahəsi cəmi 24,9 kvadratmetr olmasına baxmayaraq, burada komfortlu yaşamaq üçün lazımi şərait yaradılıb. Evin mərkəzi hissəsində təbii ağacdan hazırlanan mebel dəsti, müasir məişət texnikası, eləcə də zəruri mətbəx avadanlığı ilə təchiz edilmiş mətbəx var.
Mobil evin tikintisində yüksəkkeyfiyyətli materiallardan istifadə edilməklə, istilik və səs izolyasiyasına da xüsusi diqqət yetirilib.
Dizaynerlərin əsas məqsədi yığcam, uzunömürlü və enerji effektivliyinə malik mənzil yaratmaq olub.