Türkiyənin tanınmış aktyoru Nüsrət Çetinel sentyabrın 1-də ömrünün 70-ci ilində dünyasını dəyişib.

1952-ci ilin 26 yanvarında Ankarada anadan olan Nüsrət Çetinel Ankara Dövlət Konservatoriyasını bitirib.

Müxtəlif filmlərdə, seriallarda yaddaqalan obrazlar yaradıb, televiziya layihələrində iştirak edib. Dublyaj ustası kimi də tanınıb. Azərbaycan tamaşaçısına “Möhtəşəm yüz il” (Lala Kasım paşa), “Paytaxt Əbdülhəmid” (Sədrəzəm Said paşa) seriallarından tanışdır.