Şair Ramiz Heydərin son kitabı belə adlanır
   
   Dekabrın 7-də tanınmış şair, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, prezident təqaüdçüsü Ramiz Heydər (Məmmədov) vəfat edib. Ramiz Heydər 1933-cü ildə Bakıda anadan olmuşdu. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən ədib uzun illər respublikamızın mədəniyyət sahəsində çalışıb, Dövlət Teleradio Komitəsinin ədəbi-dram verilişləri şöbəsinin redaktoru olub.
   Şair 30-dək kitabın, poeziya toplusunun müəllifidir. Bu günlərdə onun çapdan çıxmış son kitabı “Mən Bakı neftçisiyəm" adlanır. Kitabda Azərbaycan neftçilərinin fədakar əməyindən, həyatından bəhs edən poema və şeirlər yer alıb.
   Ramiz Heydər neftçilər haqqında silsilə əsərlər yazan şairlərdəndir. Onun bu mövzuda olan şeirlərinin bir çoxuna mahnılar bəstələnib. Onların arasında neftçilərin bədii obrazının təsvir edildiyi musiqisi Elza İbrahimovaya məxsus "Neftçilərin himni" xüsusi yer tutur. Nəğməkar şair kimi tanınan R.Heydərin sözlərinə bəstələnmiş "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. mahnılar da çox populyardır.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar