“AİTF-2011”lə yanaşı 2-ci Ümumrespublika daxili turizm sərgisi də açılır

   Aprelin 28-dən 30-dək “Baku Expo Centre” sərgi mərkəzində II Ümumrespublika daxili turizm sərgisi və “AİTF-2011” 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcək. Ümumrespublika daxili turizm sərgisinin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, “AİTF-2011” beynəlxalq sərgisinin təşkilatçısı isə “İteca Caspian” şirkətidir. Hər il olduğu kimi, bu il də “AİTF-2011” sərgisinə Mədəniyyət və Turizm Nazirliyi rəsmi dəstək verir.
   Sərgilər hər gün saat 11-dən 18-dək davam edəcək. Aprelin 28-29-da sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
   Aprelin 27-də «AİTF-2011» 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi və 2-ci Ümumrespublika daxili turizm sərgilərinin açılışına həsr edilmiş mətbuat konfransı keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin və «İteca Caspian» şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
   
   Fəxriyyə