“Azərbaycanfilm” görkəmli kino xadimlərinin xatirəsini yaşadır

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən vaxtilə burada fəaliyyət göstərmiş tanınmış kino xadimlərinin iş otaqlarının yaradıcılıq otağına – muzey guşəsinə çevrilməsi ilə bağlı işlər həyata keçirilir.

İndiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli kimi görkəmli kinorejissorların yaradıcılıq otaqları bu şəkildə tərtib edilib.

Sözügedən ənənə üzrə Azərbaycan kinosu tarixində məxsusi yeri olan rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin (1941-2021) doğum günü (18 yanvar) ərəfəsində kinostudiyada sənətkarın yaradıcılıq otağı yaradılıb.

Azərbaycan Dövlət Film Fondunun kollektivi isə Eldar Quliyevin doğum günündə onun məzarına baş çəkib, xatirəsini yad edib.

Eldar Quliyev “Bir cənub şəhərində”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir bu dünya...”, “Girov”, “Dərvişin qeydləri” – ümumilikdə 20-dən çox filmə quruluş verib. Sənətkar gənc kinematoqrafçılar nəslinin yetişdirilməsi üçün də əməyini əsirgəməyib.

Lalə