5,5 milyard dollara qənaət etməyi planlaşdırır...

 

Amerikanın kino və əyləncə sənayesinin nəhənglərindən olan “Walt Disney” şirkəti 7 min işçini ixtisar etmək qərarına gəlib. Bu barədə şirkətin baş direktoru Robert İger bildirib.

Baş direktorun sözlərinə görə, şirkət yenidən təşkil ediləcək. Yenilənmiş şirkətdə üç bölmə yaradılacaq. Onlardan birincisi kino və televiziya, ikincisi idman proqramlarına, üçüncüsü isə əyləncə parklarına və mallara cavabdeh olacaq.

Bununla “Walt Disney” təxminən 5,5 milyard dollara qənaət etməyi planlaşdırır. Şirkətin baş direktoru qeyd edib ki, ixtisarı gözlənilən 7 min nəfər şirkətin ümumi işçi sayının təxminən 3 faizini təşkil edir.