Aprelin 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə məşhur rus bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovun (1873-1943) 150 illik və dahi Azərbaycan bəstəkarı, pedaqoq Qara Qarayevin (1918-1982) 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Konsertdən öncə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova hər iki bəstəkarın yaradıcılığından, onların dünya musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışıb.
Konsert proqramında Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələrin ifalarında Qara Qarayev, Sergey Raxmaninov, Fərəc Qarayev, Xəyyam Mirzəzadə və İsmayıl Hacıbəyovun əsərləri səsləndirilib.
Konsert muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarx və fotomaterialların nümayişi ilə müşayiət olunub.