Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında təşkilata yeni üzvlər seçilib. Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var.

Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası və bu təhsil ocağının aspiranturasının fortepiano ixtisası üzrə məzunu olan həmyerlimiz həm də bir çox beynəlxalq festivalların iştirakçısıdır.