Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin hər iki yarımfinalından sonra 20 ölkə finala vəsiqə qazanıb. Mayın 13-də müsabiqənin final mərhələsi keçiriləcək.

Bu mərhələyə yarımfinallarda seçilən 20 ölkə ilə yanaşı, ev sahibi Böyük Britaniya, ötənilki qalib Ukrayna, eləcə də İtaliya, Fransa, İspaniya və Almaniya təmsilçiləri də birbaşa qatılacaqlar.

Xatırladaq ki, müsabiqədə ölkəmizi “TuralTuranX” dueti birinci yarımfinalda mübarizəni dayandırıb. Finala isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri keçiblər.

Müsabiqənin ikinci yarımfinalı mayın 11-də (Bakı vaxtilə mayın 12-nə keçən gecə) keçirilib.

Bu il 67-ci dəfə təşkil olunan “Avroviziya” mahnı müsabiqəsində ümumilikdə 37 ölkə təmsil olunur.