Astara rayon Heydər Əliyev Mərkəzində “Bugünkü Azərbaycan Ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” mövzusunda tədbir keçirilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının taleyində Heydər Əliyevin adı ilə bağlı əlamətdar günlərdən biri 1993-cü ilin 3 oktyabrıdır. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim edib. Ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanıb.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ilə tanış olublar.

***

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda toplantı keçirilib. Çıxışlarda  qeyd olunub ki, Ulu öndər qadınların idarəetmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilib, onun imzaladığı müvafiq fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində mühüm addımlar olub.

Qax şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” münasibətilə keçirilən toplantı eyni mövzuya həsr olunub. Vurğulanıb ki, Ümummilli lider istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycan qadınlarının ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb.

N.Məmmədli