Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə töhfəsi” adlı tədbir təşkil edilib. Çıxış edənlər Ulu öndərin möhtəşəm Zəfərimizə hesablanmış parlaq siyasəti və gərgin əməyi, həmçinin mədəniyyətimizin inkişafı istiqamətində atdığı addımlar barədə danışıblar. Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında dahi lider Heydər Əliyevin sevdiyi şeir və mahnılar səsləndirilib.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 18 nömrəli Təbiət-humanitar təmayüllü məktəb-liseyində “Ulu sərkərdə, ulu öndər” adlı tarix dərsi keçiblər. Şagirdlərin Ulu öndərlə bağlı sualları cavablandırılıb. Sonda dahi liderin həyat və siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub.

***

Lənkəran MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib. Çıxışlarda Ümummilli liderin elm, təhsil, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Lənkəran şəhər 10 saylı tam orta məktəbin və 4 saylı Humanitar təmayüllü məktəb-liseyin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Gənc müğənni Allahverən Pərvizoğlunun ifasında sözləri Sevindik Nəsiboğluna, musiqisi Mehriban Aydınqızına məxsus olan “Ulu öndərimiz” mahnısına çəkilmiş klip nümayiş etdirilib.

***

Zərdab rayon Mərkəzi Kitabxanasında “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.  Məktəblilər Heydər Əliyevə həsr olunmuş şeirləri səsləndiriblər.

***

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Beyləqan rayon Mədəniyyət Mərkəzi “Gənclik” xalq teatrının təqdimatında “Cırtdan” kukla tamaşasının premyerası olub. Tamaşanı Vətən müharibəsi şəhidləri və qazilərin övladları, “Montessori” uşaq inkişaf mərkəzindən və uşaq bağçalarından fidanlar izləyiblər. Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

N.Məmmədli