Zaqatala rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə oktyabrın 31-də Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin (Almaniya) professoru, “Humboldt” mükafatı alan ilk azərbaycanlı alim Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Zaqatala filialının əməkdaşları, mədəniyyət işçiləri, kitabxanaçılar və digər qonaqlar iştirak ediblər. 

Mərkəzi Kitabxananın direktor əvəzi Sevda Rəhimova Məsud Əfəndiyev haqqında məruzə ilə çıxış edib. Alimin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.

Daha sonra UNEC-in Zaqatala filialının dekanı Babək Alıyev, pedaqogika üzrə fəlsəfə doktoru Həşim İsmayılov və alimin sinif yoldaşı Tahir Məmmədov mövzu ətrafında çıxış ediblər.

Sonda Məsud Əfəndiyevin tədbir iştirakçılarına videomüraciəti ünvanlanıb. Müraciətdə alim doğma yurdu Zaqatalaya və tədbir iştirakçılarına salam göndərib, təşkilatçılara təşəkkürünü bildirib.

Nurəddin