Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı ilə Azərbaycan kəlağayı sənətinin UNESCO siyahısına salınmasının (26 noyabr 2014-cü il) ildönümü münasibətilə “Kəlağayı bu gün” adlı tədbir keçirilib.
Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə bildirilib ki, qadın baş örtüyü olan kəlağayı qədim tarixə malikdir. Ölkəmizdə kəlağayı sənətinin köklü ənənələri var. 2014-cü ildə UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Tədbirdə Azərbaycan kəlağayısını vəsf edən müxtəlif milli musiqi nömrələri səsləndirilib. Sonda “Kələğayı bu gün” adlı videoçarx nümayiş olunub.