Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Qərbi Azərbaycanla bağlı rəsm sərgisi açılıb.
Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Rəssamlar Birliyi tərəfindən təşkil olunub.
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində təşkil edilən bu sərgi rəssamların əzəli torpaqlarımızla bağlı yaradıcılıq nümunələrini üzə çıxarmaqla bərabər, ərsəyə gətirilmiş gözəl əl işlərini özündə birləşdirir. Rəsm əsərlərində Qərbi Azərbaycanın dini-mədəni, eləcə də tarixi abidələri, folklor nümunələri əks olunub.
Digər çıxış edənlər də sərginin təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib, rəssamlara yaradıcılıq uğurları arzulayıblar. Sonra sərgiyə baxış olub. Sərgidə 15 rəssamın ümumilikdə 32 əl işi yer alıb.
Nurəddin