Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “2015 – 2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ilə əlaqədar “Gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda panel tədbir keçirilib.

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mərkəzin direktor vəzifəsini icra edən İlknur İsgəndərova strategiyanın məqsəd və vəzifələrindən bəhs edib.

Gəncə-Daşkəsən RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımovun “Yaradıcı və istedadlı gənclər”, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun əməkdaşı Anar Əliyevin “Biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara keçirilən təlimlər, məsləhət və mentorluq xidmətləri”, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramovun “Turizmin inkişafında region gənclərinin rolunun artırılması” və Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının şöbə müdiri Pərviz Əliyevin “Gənclərin məşğulluğunun təmin edilməsi” mövzularında məruzələri dinlənilib.

Gənclərin fikirləri dinlənilib, sualları cavablandırılıb, onlara lazımi tövsiyələr verilib.

Nurəddin